Türkiyə İtaliyaya sərt reaksiya göstərdi

Xarici İşlər Nazirliyi İtaliyanın Fossalto bələdiyyəsi tərəfindən PKK terror təşkilatının həbsdə olan terrorçu başı Abdullah Öcalana “fəxri şəhər sakini” adının verilməsi ilə bağlı bəyanat yayaraq reaksiya göstərdi.

1373371

Nazirliyin açıqlamasında Fossalto bələdiyyəsinin qərarının utancverici olduğu vurğulanaraq bildirilib:

“40 mindən çox günahsız insanın qətlində təqsirkar olan, narkotik vasitələr, insan alveri və digər cinayətlərdə təqsiri sübuta yetirilən, Avropa İttifaqının terror təşkilatları siyahısına daxil edilən PKK və onun liderinin legitimləşdirilməsi cəhdi əbəsdir. İtaliyadakı bu bələdiyyənin məlum qərarı terrorla mübarizədə beynəlxalq əməkdaşlığın ruhuna tamamilə ziddir”.

Açıqlamada "İtaliya'da bəzi bələdiyyə idarələrinin oxşar qərarlarının son nümunəsini təşkil edən bu təşəbbüs və bundan sonra ıtala biləcək oxşar addımlar qarşısında İtaliyan rəsmilərındən terror təşkilatına qarşı mübarizədə əməkdaşlıq gözlədiyimizi bir daha ifadə edirik" deyilib.

Әlaqәli Xәbәrlәr