Fǝxrǝddin Altun: ‘‘Qaçqınlara bibǝr qazı ilǝ müdaxilǝ edǝn bir ölkǝ ǝxlaqdan danışa bilmǝz’’
Bu barǝdǝ Fǝxrǝddin Altun şǝxsi ‘‘Twitter’’ sǝhifǝsindǝ yazıb.
Türkiyǝ Prezident Aparatının İctimaiyyǝtlǝ Әlaqǝlǝr İdarǝsinin rǝhbǝri Fǝxrǝddin Altun Yunanıstanın qaçqınlara zorakılıq tǝtbiq etdiyini vǝ sonra suçu Türkiyǝyǝ atdığını deyib.
Bu barǝdǝ Fǝxrǝddin Altun şǝxsi ‘‘Twitter’’ sǝhifǝsindǝ yazıb.
‘‘Müvəqqəti qorunma statusunu dayandıran və qaçqınlara bibǝr qazı ilǝ müdaxilǝ edǝn bir ölkǝ ǝxlaqdan danışa bilmǝz. Avropa ittifaqı Avropanın qaçqın işğalına mǝruz qalmaması üçün Yunanıstana kömǝk etmǝyǝ çalışır’’,-deyǝ Fǝxrǝddin Altun vurğulayıb.
Fǝxrǝddin Altun bildirib ki, Avropa vǝ beynǝlxalq ictimaiyyǝt Suriyadakı humanitar böhranın qarşısını almaq üçün hǝrǝkǝtǝ keçmǝlidir. Altun hǝmçinin hücumlarını davam etdirǝn rejim qüvvǝlǝrinin dayandırılmasının da vacibliyini vurğulayıb.
Fǝxrǝddin Altun qeyd edib ki, beynəlxalq ictimaiyyǝt təşəbbüslərini Yunanıstana deyil, Suriyaya yönəltməlidir.
Әlaqәli Xәbәrlәr
“Pəncə-Kilid” əməliyyatı bölgəsində Türkiyə əsgəri şəhid oldu
Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib ...
“Bozdoğan-44” əməliyyatında 4 “narıncı” və “boz” zərərsizləşdirildi
Türkiyənin Daxili işlər naziri Əli Yerlikayanın sosial media hesabından verdiyi açıqlamaya görə ...