Mövlud Çavuşoğlu Qeyr Pedersen ilə görüşüb

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Qeyr Pedersen Türkiyəyə reallaşdırdığı səfər çərçivəsində Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdü.

1370626
Mövlud Çavuşoğlu Qeyr Pedersen ilə görüşüb

Çavuşoğlu Ankarada baş tutan görüş ilə əlaqəli soial media hesabında yaydığı açıqlamada: “BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Pedersena Bahar Qalxanı Əməliyyatına dair məlumat verdim”.

Qeyd edək ki, dünən nazir Çavuşoğlu ilə NATO baş katibi Jens Stoltenberq arasında telefon danışığı olub. Diplomatik mənbələrdən əldə edilən məlumata əsasən Stoltenberq, İdlib və qaçqınlar mövzusu müzakirə olunan telefon görüşündə Türkiyəyə dəstək və həmrəylik mesajı verib.

Çavuşoğlunun dünən Finlandiya və İspaniya xarici işlər nazirləri ilə də keçirdiyi görüşdə əsas müzakirə mövzusu İdlib və qaçqınlar məsələsi olub.

 



Әlaqәli Xәbәrlәr