Ərdoğan və Putin martın 5-də Moskvada görüşəcəklər
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin görüşəcəklər.
1369471
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin martın 5-də paytaxt Moskvada görüşəcəklər.
Rusiyaya səfər edəcək Türkiyə heyətində ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar və milli kəşfiyyat təşkilatının rəhbəri Hakan Fidan da təmsil olunacaq.