Ağırı vilayəti ərazisində raket hücumu, bir şəhid

Ağrı şəhərinin Doğubəyazid qəsəbəsi ərazisindəki Gürbulak Gömrük İdarəsinə aid nəqliyyat vasitəsinə raket hücumu olub.

1369966
Ağırı vilayəti ərazisində raket hücumu, bir şəhid

Ticarət naziri Ruhsar Pekcan, sosial media hesabından hadisə ilə əlaqəli açıqlamasında xain raket hücumu nəticəsində yaralıların olduğunu bir Gömrük işçisinin şəhid olduğunu bildirib. İran sərhədi yaxınlığında baş verən hadisə yerinə çox sayda təcili tibbi yardım briqadaları, axtarış-xilasetmə və jandarma dəstələrinin cəlb olunduğunu ifadə edən nazir yaralılara təcili şəfa arzulayıb.

Daxili İşlər naziri Süleyman Soylu da hadisə ilə əlaqəli sosial media hesabından yaydığı açıqlamada hadisənin Türkiyə vaxtıyla saat 08.5-də törədildiyini,   ərazidə  terrorçulara istiqamətli əməliyyat başladıldığını bildirib.

 



Әlaqәli Xәbәrlәr