Süleyman Soylu terrorla mübarizǝ mǝsǝlǝsini qiymǝtlǝndirib

Anadolu Agentliyinǝ müsahibǝ verǝn Süleyman Soylu terrora qarşı aparılan mübarizǝni qiymǝtlǝndirib.

1367740
Süleyman Soylu terrorla mübarizǝ mǝsǝlǝsini qiymǝtlǝndirib

 

Türkiyǝnin daxili işlǝr naziri Süleyman Soylu ölkǝ daxilindǝki terrorçuların sayının 500-dǝn az olduğunu söylǝyib.

Anadolu Agentliyinǝ müsahibǝ verǝn Süleyman Soylu terrora qarşı aparılan mübarizǝni qiymǝtlǝndirib.

Soylu müsahibǝ zamanı bildirib ki, keçǝn il 273, bu il isǝ 48 terrorçu tǝhlükǝsizlik qüvvǝlǝrinǝ tǝslim olub.

Süleyman Soylu ölkǝ daxilindǝki terrorçularının sayının isǝ 500-dǝn az olduğunu vurğulayıb. Türkiyǝnin DİN rǝhbǝri qeyd edib ki, terror tǝşkilatı PKK-nın sıralarına qoşulanların sayında ciddi şǝkildǝ azalma müşahidǝ olunur.

Süleyman Soylu müsahibǝ zamanı xarici terrorçuların ölkǝlǝrinǝ deportasiya edilmǝ mǝsǝlǝsinǝ dǝ toxunub.

‘‘İndiyǝdǝk 7 min 918 xarici terrorçu ölkǝlǝrinǝ deportasiya edildi’’,-deyǝ Türkiyǝnin daxili işlǝr naziri vurğulayıb.



Әlaqәli Xәbәrlәr