Türkiyə korona virusu ilə əlaqədar güclü tədbirlər həyata keçirdi

2019-cu ilin dekabr ayında Çinin Vuhan şəhərində aşkarlanan yeni tip korona virusu ilə əlaqədar Türkiyədə lazımlı tədbirlər həyata keçirilib.

1366476
Türkiyə korona virusu ilə əlaqədar güclü tədbirlər həyata keçirdi

 

  Yeni tip korona virusunun Çindən sonra müxtəlif ölkələrdə aşkarlanması ilə Türkiyə geniş tədbirlər görən ilk ölkələrdən biri olaraq 14 yanvarda “2019-nCoV” xəstələrə rəhbər" broşürünü nəşr etdirdi.

  21 yanvarda Sərhədlər və Sahillər Sağlığı Baş İdarəsi İstanbul Havalimanından ölkəyə hava yolları və yerüstü xidmət çatdıran şirkətləri tədbirlər görməyə çağırıb. 22 yanvarda isə təcrübəli alim və akademiklərin iştirakı ilə Elmi Şuranın yığıncağı keçirilib. Elə həmin gün Çin hava yollarının Vuhan - İstanbul reysləri dayandırılıb. 1 fevlarda Çindəki Türkiyə vətəndaşları göndərilən hərbi təyyarə ilə Türkiyəyə gətirilib. Fevralın 5-dən etibarən Çindən bütün reyslər dayandırılıb.

  İranda da virusun aşkarlanması ilə bağlı iki ölkə arasındakı sərhəd qapıları fevralın 23-dən bağlanıb. Həmçinin hava nəqliyyatı məhdudlaşdırılıb. 25 fevralda Türkiyə vətəndaşları bu ölkədən çıxarılaraq Ankaraya gətirilib.

  Türkiyədə korona virusu aşkarlanarsa lazımlı əməliyyat planı çərçivəsində səhiyyə xidmətləri məlumatlandırılıb və hazır vəziyyət yaradılıb. Xəstəxanalarda lazımi tədbirlər görülüb. Müəyyən xəstəxanalarda izolyasiya otaqları hazırlanıb. Antiviral dərman ehtiyatı artırılıb. Xəstəlikdən qorunmaq üçün tibb işçiləri maskalar, tibbi avadanlıqları və geyimlərlə təchiz edilib.

 



Әlaqәli Xәbәrlәr