F.Dönməz: "Türkiyənin 3-cü dərin dəniz qazma gəmisi bir neçə həftəyə ölkədə olacaq"

Enerji və təbii sərvətlər naziri Fatih Dönməz Türkiyənin 3-cü dərin dəniz qazma gəmisinin bir neçə həftəyə ölkədə olacağını açıqlayıb.

1365315

İstanbulda keçirilən 3-cü Enerji və Təbii Sərvətlər Zirvə yığıncağında ıxış edən nazir Türkiyənin “Fatih” və “Yavuz” adında iki ədəd dərin dəniz qazma gəmisin olduğunu bildirərək “Üçüncüsü də yaxın zamanda ölkədə olacaq. Hazırda İngiltərədədir. Bir sıra proseduralar var. Güman ki, bir neçə həftəyə ölkəmiz istiqamətində səfərə başlayacaq. Bir neçə həftədə ölkəmizdə olacağını söyləyə bilərik” deyib.

Üçüncü gəminin Aralıq dənizində fəaliyyət göstərmə ehtimalının yüksək olduğunu dilə gətirən Dönməz davamla deyib:

“6-cı Nəsil gəmidir. Dənizdə qazma işləri aparır. Bizə məxsus sənədli sahələrdə fəaliyyət göstərəcək. Aralıq dənizində fəal iş planımız var. Orada olma ehtimalı yüksəktir. Gəmilərimizdən biri Qara dənizdəki qazma fəaliyyətlərinə başlaya bilər”.

Enerji naziri Dönməz ilin son rübündə bor istehsal edərkən ortaya çıxan tullantılardakı lityumun geri qazanılmasına imkan yaradacaq bir qilot istehsal mərkəzi qura biləcəklərini də bildirib.

Әlaqәli Xәbәrlәr