Rǝcǝb Tayyib Әrdoğan vǝ Şavkat Mirziyoyev birgǝ mǝtbuat konfransında çıxış ediblǝr

Türkiyǝ prezidenti  Rəcəb Tayyib Ərdoğan  ən qısa müddətdə Özbəkistanla idxal və ixrac hǝcmini 5 milyard dollara çatdırmağı hədəflədiklərini söyləyib.

1362814

 Rəcəb Tayyib Ərdoğan vǝ Türkiyǝyǝ rǝsmi sǝfǝr edǝn  Özbəkistan prezidenti Şövkət Mirziyoyev  Prezident İqamǝtgahında baş tutan tǝkbǝtǝk vǝ Yüksək Səviyyəli Strateji Şura Yığıncağndan sonra birgǝ mǝtbuat konfransında çıxış ediblǝr.

Mǝtbuat konfransında çıxış edǝn Rǝcǝb Tayyib Әrdoğan Özbǝkistan prezidentinǝ ‘‘qardaşım’’ deyǝ xitab edib. Türkiyǝ prezidenti ilk Yüksǝk Sǝviyyǝli Strateji Şura Yığıncağının ölkǝsindǝ keçirilmǝsi münasibǝti ilǝ mǝmnuniyyǝtini ifadǝ edib. Әrdoğan keçirilǝn görüşlǝrdǝ ikitǝrǝfli münasibǝtlǝr vǝ ǝmǝkdaşlığın bütün aspektlǝrinin nǝzǝrdǝn keçirildiyini deyib.

"2019-cu ildə ticarət həcmimiz təxminən 27 faiz artdı. Ticarətimiz 2,2 milyard dollara çatdı. Cǝnab Şavkat Mirziyoyevlǝ  birlikdə bu rǝqǝmi  5 milyard dollara çatdırmağı hədəfləyirik’’,-deyǝ Rǝcǝb Tayyib Әrdoğan vurğulayıb.

Türkiyǝ prezidenti  qonaq lider ilə nəqliyyat, enerji, səhiyyə, turizm, təhsil, hǝrbi vǝ  müdafiə sənayesindǝ ǝmǝkdaşlığın inkişaf etdirilmǝsi ǝtrafında fikir mübadilǝsi apardıqlarını da  deyib.

Әlaqәli Xәbәrlәr