Trampla Ərdoğanın telefon danışığının təfərrüatları

ABŞ prezidenti Donald Trampın fevralın 15-də keçirdiyi telefon danışığında prezident Rəcəb Tayyib Ərdoğana Suriyanın İdlib bölgəsinə dair cəhdlərinə görə təşəkkür etdiyi  məlum olub.

1360497

Bu barədə Ağ Evin mətbuat katibinin müavini Cadd Dir məlumat verib.

Cadd Dir bununla bağlı yazılı açıqlamasında “Prezident Tramp Suriyanın İdlib vilayətindəki zorakılığa qarşı narahatlığını dilə gətirdi və Ərdoğana Türkiyənin  humanitar fəlakətin qarşısını almaq üçün göstərdiyi səylərə görə minnətdarlığını bildirdi” ifadəsini işlədib.

Prezident Tramp Rusiyanın Bəşər Əsəd rejiminə dəstəyini dayandırmasını və münaqişənin siyasi həllini müdafiə etməsini istədiyini bildirib.

Tramp ayrıca Liviyada xarici qüvvələrin müdaxiləsinin vəziyyəti daha da çətinləşdirəcəyini bir daha dilə gətirib.

Әlaqәli Xәbәrlәr