Türkiyə Silahlı Qüvvələri İdlibdə 101 rejim ünsürünü zərərsizləşdirib

Suriyanın İdlib bölgəsində rejim qüvvələrinin hücumu nəticəsində 5 əsgərimizin şəhid olmasından sonra 115 rejim hədəfinə atəş edilərək, 101 rejim ünsürü zərərsizləşdirilib.

1356830

Milli Müdafiə Nazirliyi İdlibdə rejim qüvvələri tərəfindən edilən hücum qarşısında qanuni müdafiə çərçivəsində dərhal lazımlı cavabın verildiyini, 115 rejim hədəfinin atəş altına alındığını və ilkin məlumatlara görə 101 rejim ünsürünün zərərsizləşdirildiyini bildirib.

Açıqlamada “Şəhid və yaralı əsgərlərimizin qanı yerdə qalmadı və heç vaxt qalmayacaq. Bu xain hücumu təşkil edənlərdən qisas alınacaq və belə hücumlara qarşı indiyədək olduğu kimi qanuni müdafiə hüququmuzdan ən sərt şəkildə istifadə ediləcəkdir. Vəziyyət yaxından təqib edilir və lazım olan tədbirlər görülür” ifadələri işlədilib.

Xatırladaq ki, İdlibdə fevralın 10-u tarixində edilən xain hücum nəticəsində 5 əsgərimiz şəhid olub, 5-i də yaralanıb.

Әlaqәli Xәbәrlәr