İdlibdə qəhrəman əsgərlərimizə edilən xain hücuma lazımi cavab verildi

Prezidentin müavini Fuad Oqtay Türk əsgərinin Suriyanın İdlibdə mövcudluğunu davam etdirəcəyini və beynəlxalq hüquqa əməl etməyənlərə lazımi cavabı verməkdə davam edəcəyini bildirdi.

1356735
İdlibdə qəhrəman əsgərlərimizə edilən xain hücuma lazımi cavab verildi

Prezidentin müavini Fuad Oqtay Türk əsgərinin Suriyanın İdlibdə mövcudluğunu davam etdirəcəyini və beynəlxalq hüquqa əməl etməyənlərə lazımi cavabı verməkdə davam edəcəyini bildirdi.

5 əsgərin şəhid olduğu və 5 əsgərin rejim qüvvələrinin top atəşi nəticəsində yaralandığı İdlibdəki hücumla əlaqədar Fuad Oqtay şəxsi “twitter” hesabından etdiyi paylaşmasında yazıb:

“Bölgə xalqının təhlükəsizliyini təmin etmək və insanlıq faciəsinin qarşısını almaq üçün İdlibdə vəzifəli Türk əsgərlərinə edilən hücumda şəhid olanlara Allahdan rəhmət və yaralılara təcili şəfa diləyirəm. Silahlı Qüvvələrimizi hədəf alan ünsürlərə lazımlı cavab verildi. Əsgərlərimiz bölgədəki mövcudluğu davam edəcək və beynəlxalq hüquqa hörmətsizlik edənlərə lazımi cavabı verəcəkdir" .

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop da Suriyanın İdlib şəhərində rejim qüvvələrinin şiddətli topçu atəşi nəticəsində 5 əsgərin şəhid olması, 5 əsgərin yaralanması ilə bağlı açıqlama verdi.

Şentop şəxsi “twitter” hesabında yazıb:

"Torpaqları üzərində vəkalət döyüşlərinə mane ola bilməyən rejimin qəhrəman Türk əsgərini hədəf alması, Türkiyənin bölgədə sülh səylərinin nə cür əhəmiyyət daşıdığını ortaya qoymaqdadır. Türkiyə, sülh üçün qətiyyətli mövqeyini davam etdirəcək”.

TBMM sədri Şentop Xarici İşlər Nazirliyinin Rusiya heyəti ilə görüşü davam edərkən İdlibin şimalından gələn şəhid xəbərlərinin ürəklərə od saldığını bildirdi.

Şentop şəhid əsgərlərin kədərli ailələri başda olmaqla millətə başsağlığı və yaralı əsgərlərə təcili şəfa dilədi.

Xarici işlər naziri Mövlud Çavuşoğlu da İdlibdə rejim qüvvələrinin şiddətli top atəşi nəticəsində şəhid olan 5 əsgərin yaxınlarına başsağlığı verdi.

Nazir Çavuşoğlu “twitter”da yayımladığı açıqlamada "İdlibdə şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət, yaralı qardaşlarımıza təcili şəfa diləyirəm. Millət olaraq başımmız sağ olsun. Xainlərə lazımlı cavab verildi. Qəhrəman ordumuz lazım gələni yerinə yetirməkdə davam edəcəkdir” deyə yazdı.



Әlaqәli Xәbәrlәr