"Bu xəyalın reallaşmasına icazə verməyəcəyik", R.T.Ərdoğan

Ərdoğan Malaziyanın paytaxtı Kuala Lumpurda "İsrail işğalını sonlandıracaq təsirli bir strategiyaya doğru" başlıqlı Parlamentarlararası Qüds Platformasına mesaj göndərərək ABŞ hökumətinin təktərəfli Orta Şərq planına reaksiyasını ifadə edib.

1355769
"Bu xəyalın reallaşmasına icazə verməyəcəyik", R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Malayziyanın paytaxtı Kuala Lumpurda "İsrail işğalını sonlandıracaq təsirli bir strategiyaya doğru" başlıqlı Parlamentarlararası Qüds Platformasına mesaj göndərərək Amerika Birləşmiş Ştatları hökumətinin təktərəfli Orta Şərq planına reaksiyasını ifadə edib.

  Malayziyanın baş naziri Mahathir Məhəmməd, Parlamentarlararası Qüds Platformasının üzvləri və konfransın iştirakçılarına xitab edən Ərdoğan bildirib: “Parlamentarlararası Qüds Platformasının "İsrail işğalını sonlandıracaq təsirli bir strategiyaya doğru" başlıqlı üçüncü konfransının tam zamanında təşkil edilməsi çox əhəmiyyətlidir. Fələstin torpaqlarını ilhaq mənasını verən, bu dövləti tamamilə yox edən və Qüdsü qəsb edən bu planı tanımırıq. İki dövlətli həlli qəbul edən, ancaq İsrailin işğalını Amerika rəhbərliyi himayəsində qanuniləşdirən bu cəhd əsla qəbul oluna bilməz. Fələstin illərdir işğal, dağıntı və ağrıya məruz qalarkən İsrail özbaşına və haqsız yollarla bugünki sərhədlərini əldə edib. Türkiyənin Qüdsün ilhaqına səssiz qalması və fələstinli qardaşlarını bu mübarizədə tək buraxması mümkün deyil. Bir daha vurğulamaq istəyirəm ki, Qüds qırmızı xəttimizdir. Müsəlman ölkə olaraq bizim üzərimizə düşən ən böyük məsuliyyət Məscidi-Aksanın məhrəmiyyətini qorumaq, barış çinarı Qüdsə sahib çıxmaq və fələstinlilərin haqqlarını müdafiə etməkdir. Orta Şərq başda olmaqla bütün dünyaya təsir edəcək ABŞ-ın bu hərəkəti qarşısında bəzi İslam ölkələrinin izlədiyi siyasət təəssüfedirici bir mənzərə yaradıb. Dünyanın gündəminə sözdə “Əsrin planı” adıyla girən və Qüdsü İsrailin paytaxtı elan edən bu plan bölgədə barış və dincliyi təhdid edən xəyaldan başqa bir şey deyil. Bu xəyalın reallaşmasına icazə verməyəcəyik."



Әlaqәli Xәbәrlәr