Rәcәb Tayyib Әrdoğan Pakistana sәfәr edәcәk

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan dördüncü dәfә Pakistan parlamentinin üzvlәrinә müraciәt edәcәk

1354590
Rәcәb Tayyib Әrdoğan Pakistana sәfәr edәcәk

 

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan dördüncü dәfә Pakistan parlamentinin üzvlәrinә müraciәt edәcәk

Prezident Rәcәb Tayyib Әrdoğan 13-14 fevral tarixlәrindә Pakistana rәsmi sәfәr edәcәk.

Pakistan Milli Mәlisinin sәdri Asad Kaiser Rәcәb Tayyib Әrdoğanın sәfәr çәrçivәsindә Pakistan Milli Assambleyası vә Senat üzvlәrinә müraciәt edәcәyini söylәyib.

Pakistan Milli Assambleyasında çıxış edәn Asad Kaiser prezident Rәcәb Tayyib Әrdoğanın  fevralın 14-dә keçirilәcәk  yığıncaqda senator vә millәt vәkillәrinә müraciәt edәcәyini bildirib. Asad Kaiser mәsәlә ilә bağlı mәclisdәki müvafiq qrupların liderlәri ilә toplantının keçirilәcәyini deyib.

Pakistana doqquz dәfә rәsmi sәfәr edәn Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan 2009,2012 vә 2016-cı illәrdә bu ölkәnin Milli Mәclisindә çıxış etmişdi.

Rәcәb Tayyib Әrdoğan Pakistan Milli Mәclisindә әn çox çıxış edәn xarici liderdir.

Qeyd edәk ki, Türkiyәnin keçmiş prezidentlәrindәn Kenan Evren dә Pakistan parlamentindә çıxış edib.



Әlaqәli Xәbәrlәr