Mövlud Çavuşoğlu Azərbaycan prezidenti İlham Əliyevin qəbulunda oldu

Prezident İlham Əliyev Mövlud Çavuşoğlunun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

1354129
Mövlud Çavuşoğlu Azərbaycan prezidenti İlham Əliyevin qəbulunda oldu

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Mövlud Çavuşoğlu “Dostluq” ordeni ilə təltif edilsin.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətini salamlayan Prezident İlham Əliyev dedi: Hörmətli Mövlud bəy Sizi yenidən görməyimə çox şadam. 6 Fevralda Bakıda Xarici İşlər nazirləri səviyyəsində çox önəmli toplantı keçiriləcəkdir. Bu, Zirvə Görüşündən sonra Xarici İşlər nazirlərinin Bakıda keçirilən birinci toplantısıdır. Bildiyiniz kimi, keçən ildən başlayaraq Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi öz üzərinə götürüb. Biz çalışacağıq ki, bir il ərzində bu təşkilatın sədri kimi bütün üzv ölkələrin dəstəyi ilə fəal iş görək və bu ölkələr arasındakı əməkdaşlığı, dostluğu, qardaşlığı daha da möhkəmləndirək. Eyni zamanda, sizin səfəriniz yaxşı fürsətdir ki, biz ikitərəfli məsələləri bir daha müzakirə edək. Biz sizinlə bu yaxınlarda Davosda da görüşdük. Bizim görüşlərimiz müntəzəm olaraq keçirilir. Yaxın gələcəkdə Bakıda Türkiyə-Azərbaycan Strateji Əməkdaşlıq Şurasının toplantısı keçiriləcəkdir və hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan bizim qonağımız olacaqdır.

Çavuşoğlu da öz növbəsində : “Hörmətli cənab Prezident Əvvəla bizi qəbul etdiyiniz üçün çox təşəkkür edirəm. Prezidentimiz, qardaşınız Rəcəb Tayyib Ərdoğanın Sizə salamlarını və ən xoş arzularını gətirdim. Sizi qısa müddət əvvəl Davosda görməkdən qürur duymuşduq. Amma daha da önəmlisi bəzi panellərdə təkcə qardaş Azərbaycanın gələcəyi üçün deyil, bölgəmiz üçün ortaya qoyduğunuz baxışları da dinləmə imkanımız olmuşdur.

Türk Şurasına sədrliyi uğurla davam etdirən Azərbaycanın türk dünyasının birliyi üçün töhfələrini ən yaxından bilən bizlərik. Bu baxımdan Zirvə Görüşü çox uğurla keçmişdir. Sizin sədrliyinizlə bu Zirvə Görüşündə qəbul edilən qərarlar nəticəsində, inşallah, sabah Xarici İşlər nazirləri olaraq biz də toplantımızı keçirəcəyik və dostlarımızla işlərimizi görəcəyik”.



Әlaqәli Xәbәrlәr