“İdlibdə 76 rejim mənsubu zərərsizləşdirildi”, H.Akar

Milli müdafiə naziri Hulusi Akar Suriyanın İdlib bölgəsində hava hücumları nəticəsində 5-i hərbçi olmaqla 8 vətəndaşımızın şəhid olmasından sonra verilən cavabda 76 rejim mənsubunun zərərsizləşdirildiyini bildirib.

1352556

Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin İdlibdə gərginliyi azaltma bölgəsindəki fəaliyyətlərə nəzarət etdiyi mərkəzdə verdiyi açıqlamada deyib:

“Suriya rejimi tərəfindən fevralın 2-də gecə yerli vaxtla saat 01:13-də hərbçilərimizə atəş açılıb. Təlimatlar istiqamətində və özünümüdafiə çərçivəsində əsgərlərimiz tərəfindən Rejim hədəflərinə qarşı dərhal lazımi cavab verilib. İndiyədək 54 Rejim hədəfinə atəş edilib. Müxtəlif qaynaqlardan əldə etdiyimiz məlumatlara görə indiyə qədər 76 rejim mənsubu əsgər zərərsizləşdirilib”.

Qeyd edək ki, İdlibdə rejim qüvvələrinin havadan hücumu nəticəsində 5-i əsgər olmaqla Türkiyə vətəndaşı 8 nəfər şəhid olub.

Әlaqәli Xәbәrlәr