Prezident Rəcəb Tayyib Ərdoğan Ukraynada səfərdədir

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə-Ukrayna Ali Səviyyəli Strateji Şuranın növbəti yığıncağında iştirak etmək məqsədilə bugün Ukraynaya səfər etdi.

1352312

Ərdoğan paytaxt Kiyevdə  Ukrayna prezidenti Vladimir Zelenskiy tərəfindən rəsmi mərasimlə qarşılandı.

İki lider daha sonra təkbətək görüş keçirdi.

Prezident Ərdoğan ilə ədliyyə naziri Əbdülhəmid Gül, xəzinə və maliyyə naziri Berat Albayrak, ticarət naziri Ruhsar Pekcan, Prezident Aparatının Mətbuat Xidmətinin katibi Fəxrəddin Altun və Prezident Aparatının sözçüsü İbrahim Kalın da Kiyevə gedib.

Səfər çərçivəsində Krım tatar soydaşların vəziyyəti barədə fikir müdabiləsi aparılacaq, Ukrayna ilə strateji tərəfdaşlıq əlaqələrin inkişafına dair yeni əməkdaşlıq imkanları qiymətləndirləcək.

Prezident Ərdoğan ilə Ukrayna prezidenti Zelenskinin Türkiyə-Ukrayna İş Forumunda iş adamları ilə bir araya gələcəkləri də nəzərdə tutulur.

Әlaqәli Xәbәrlәr