"İdlibdə 4 əsgərimizin şəhid olduğu hücuma dərhal cavab verildi", R.T. Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan İdlibdə 4 əsgərimizin şəhid olduğu hücuma güclü şəkildə cavab verildiyini və verilməkdə davam ediləcəyini bildirdi.

1351860
"İdlibdə 4 əsgərimizin şəhid olduğu hücuma dərhal cavab verildi", R.T. Ərdoğan
altun.jpg

Prezident Rəcəb Tayyib Ərdoğan İdlibdə 4 əsgərimizin şəhid olduğu hücuma güclü şəkildə cavab verildiyini və verilməkdə davam ediləcəyini bildirdi.

Ukraynaya rəsmi səfər edəcək olan Ərdoğan hərəkətindən əvvəl verdiyi açıqlamada deyib:

“Ölkəmizin, millətimizin və idlibli qardaşlarımızın təhlükəsizliyini təmin etmək üçün həyata keçirdiyimiz əməliyyatları davam etdirməkdə qətiyyətliyik. Belə xain hücumlarla Türkiyənin qətiyyətliliyini sınaq edənlər böyük səhvə üz tutduqlarını başa düşəcəklər.  Bölgədə müəyyən edilən nöqtələr həm haubitsalarla, həm də “F-16” larla vurulur. İlkin məlumatlara görə 30-35-ə yaxın qarşı tərəfdə suriyalı zərərsizləşdirilib”.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop da İdlibdə şəhid olan 4 əsgər üçün başsağlığı verib.

Şentop “twitter” hesabında yer alan açıqlamasında “ İdlibdə şəhid olan qəhrəman əsgərlərimizə Allahdan rəhmət, yaralı əsgərlərimizə şəfa diləyirəm. Əziz millətimizin başı sağ olsun” ifadələrini işlədib.

Xarici işlər naziri Mövlud Çavuşoğlu da “Şəhidlərimizin qanı yerdə qalmadı, qalmayacaqdır” deyib.

Çavuşoğlu da “twitter” hesabında “Şəhid olan qəhrəman əsgərlərəmizə Allahdan rəhmət, yaralılara şəfat diyəlirəm. Şəhidlərimizin qanı yerdə qalmadı, qalmayacaqdır” ifadələrini işlədib.

Prezident Aparatının sözçüsü İbrahim Kalın da İdlibdə 4 əsgərimizin şəhid olduğu hücuma dərhal cavab verildiyini bildirdi.

İbrahim Kalın şəxsi “twitter” hesabında Suriya rejiminin açdığı atəş nəticəsində İdlibdə şəhid olan 4 əsgərə Allahdən rəhmət, ailələrinə başsağlığı, yaralılara şəfa diləyərək bildirib:

“İdlib razılaşmasının əsaslarını bozan bu hücuma dərhal cavab verilmişdir. Əsgərlərimizin qanı yerdə qalmayacaq, cinayətkarlar bunun cavabını verəcəklər”.

Türkiyə Prezident Aparatı Mətbuat Xidmətinin katibi də şəxsi “twitter” hesabında İdlibdə 4 əsgərin şəhid olduğu xain hücuma cavab veriləcəyini bildirərək “Millətimizin başı sağ olsun. Qəhrəman şəhidlərimizə Allahdan rəhmət, yaralı əsgərlərimizə şəfa diləyirəm. Dövlətimiz bu xain hücuma cavab verəcəkdir” ifadələrini işlədib.

Cümhuriyyət Xalq Partiyasının rəhbəri Kamal Kılıçdaroğlu və Milliyyətçi Hərəkət Partiyasının sədri Dövlət Baxçalı yaydıqları mesajlarında hücumu qınayıblar və şəhidlərə Allahdan rəhmət diləyiblər.



Әlaqәli Xәbәrlәr