Abdullah Eren ailә bütövlüyünün әhәmiyyәtindәn danışıb

Xaricdә Yaşayan Türklәr vә Әqraba Topluluqları İdarәsinin sәdri Abdullah Eren Almaniyada ailә bütövlüyünün qorunması kimi mövzulara 2020-ci ildә xüsusi әhәmiyyәt verәcәklәrini söylәyib.

1351286
Abdullah Eren ailә bütövlüyünün әhәmiyyәtindәn danışıb

 

 

Xaricdә Yaşayan Türklәr vә Әqraba İcmaları İdarәsinin sәdri Abdullah Eren Almaniyada ailә bütövlüyünün qorunması kimi mövzulara 2020-ci ildә xüsusi әhәmiyyәt verәcәklәrini söylәyib.

Almaniyanın Düsseldorf şәhәrindә jurnalistlәrlә bir araya gәlәn Abdullah Eren Türkiyәnin Düsseldorf şәhәrindәki konsulluğunun ailә attaşesi ilә hәyata keçirilәn fәaliyyәtlәr haqqında mәlumat verib.

Abdullah Eren deyib: ‘‘Ailә bütövlüyünün qorunması mәqsәdi ilә Almaniya Gәnclik Dairәlәri ilә fәaliyyәtlәr aparırıq. 2020-ci ildә ailә bütövlüyünün qorunması mövzusuna xüsusi diqqәt yetirmәk istәyirik’’.

Abdullah Eren ailə problemləri ilə məşğul olan türkiyəli pedaqoq, psixoloq və hüquqşünasların olduğunu ifadә edәrәk  bu mәsәlә ilә bağlı bir mexanizmin yaradılmasının әhәmiyyәtindәn danışıb.

Abdullah Eren hәmçinin 2020-ci ildә Türkiyәdә ‘‘Xaricdә Yaşayan Türklәr Görüşü’’ keçirmәk planlaşdırdıqlarını dilә gәtirib.



Әlaqәli Xәbәrlәr