“İslam ölkələrinin münasibətinə baxanda mən halımıza yanıram”, R.T.Ərdoğan

Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədri Rəcəb Tayyib Ərdoğan partiyanın ümumi mərkəzində Genişləndirilmiş Rayon Başçıları Yığıncağında etdiyi çıxışında deyib...

1350900
“İslam ölkələrinin münasibətinə baxanda mən halımıza yanıram”, R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, minlərlə ildir olduğu kimi, bu gün də dünya sülhünün açarının Qüds olduğunu vurğuladı.  

  Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədri Rəcəb Tayyib Ərdoğan partiyanın ümumi mərkəzində Genişləndirilmiş Rayon Başçıları Yığıncağında etdiyi çıxışında deyib:

  “Barış çinarı Qüdsdə yıxılsa, bunun altında bütün dünya qalar.

  ABŞ prezidenti Donald Trampun sözdə Orta Şərq “sülh planı”nda məqsəd işğal edilən Fələstin torpaqlarının ilhakıdır.

  Məscidi-Aksanın məhrəmliyini qoruya bilməzsək, sabah kəm gözlərin Kəbəyə çevrilməsinə də mane ola bilmərik. Buna görə Qüds qırmızı xəttimizdir.

  İslam ölkələrinin münasibətinə baxanda mən halımıza yanıram. Başda Səudiyyə Ərəbistanı, səsin çıxmır, nə vaxt çıxacaq?

  Qüdsü tamamilə İsrailin qanlı pəncələrinə buraxmaq bütün bəşəriyyətə edilən ən böyük pislikdir.

  İsrail küçələrində günahsızların rəsmi olaraq edam edildiyi belə quldur bir dövlət bizim gözümüzdə heç bir zaman mötəbər ola bilməz.

  Çox yaxında Mahmud Abbas və İsmayıl Hanı ilə görüşlərimiz olacaq və bu mövzuları onlarla müzakirə edəcəyik.

  Suriya və İdlibdəki vəziyyətə də tamaşaçı qalmayacağıq. Suriyadakı hər proses Türkiyə üçün ən az öz sərhədləri içindəkilər qədər əhəmiyyətli və ciddidir. Bütün səmimiyyətimizlə Suriyanın sabitliyini istəyirik. Amma lazım gəlsə, bunun üçün hərbi gücdən istifadə etməkdən də çəkinməyəcəyik.

  Heç kimin Türkiyəni bölücü təşkilatların məngənəsinə soxmağa və ya başqa ölkənin rejim zülmünə razılaşmağa məcbur etməyə haqqı yoxdur. Bölücü terror təşkilatının Suriyanın hər hansı yerində bölgəmiz üçün fitnə və xəyanət çuxuru açmasına icazə vermərik.

  Liviya mövzusunda əliqanlı heç kimin Türkiyəyə söz haqqı yoxdur. Sudandan Rusiyaya qədər dünyanın dörd bir tərəfindən muzdlu əsgərləri qiyamçı generalın tərəfində döyüşə soxanlar, onlara hər cür silahı verənlər qalxıb bir də utanmadan Türkiyəni tənqid atəşinə tuturlar. Liviyanın qanuni hökuməti və xalqı əvəzinə bir qiyamçının yanında olanlar ən başda demokratiyaya xəyanət edirlər.”



Әlaqәli Xәbәrlәr