Xosef Borel Mövlud Çavuşoğluna başsağlığı verdi

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Xosef Borel Elazığ vilayətinin Sivrice qəsəbəsində 6,8 bal gücündə baş verən zəlzələdə həyatını itirənlərə görə xarici işlər naziri Mövlud Çavuşoğluna başsağlığı verib.

1347697
Xosef Borel Mövlud Çavuşoğluna başsağlığı verdi

Avropa İttifaqının xarici siyasət və xəhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Xosef Borel Elazığ vilayətinin Sivrice qəsəbəsində 6,8 bal gücündə baş verən zəlzələdə həyatını itirənlərə görə xarici işlər naziri Mövlud Çavuşoğluna başsağlığı verib.

Diplomatik qaynaqlardan əldə edilən məlumata görə, ali nümayəndə Borel ilə nazir Çavuşoğlu arasında yanvarın 26-da baş tutan telefon danışığında Borel başsağlığı verərək, istənilən yardıma hazır olduqlarını vurğulayıb.  

Qeyd edək ki, Borel daha əvvəl də sosial şəbəkə hesabı “twitter”də “Düşüncələrimiz Türk xalqı, zəlzələ qurbanlarının ailələri, yaralılar və zərər çəkənlərin yanındadır. Vəziyyəti yaxından təqib edirik. Türk xalqı ilə həmrəylik içindəyik” ifadələrini işlətmişdi.



Әlaqәli Xәbәrlәr