Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 20-ni keçib

Bu barədə məlumatı Elzazığ zəlzələ bölgəsində olan daxili işlər naziri Süleyman Soylu mətbuat konfransında açıqlayıb.

1347214
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 20-ni keçib

 

  Bu barədə məlumatı Elzazığ zəlzələ bölgəsində olan daxili işlər naziri Süleyman Soylu mətbuat konfransında açıqlayıb. Onun bildirdiyinə görə, Malatyada 4, Elağızda 18 adam həyatını itirib, 1030 yaralı var, dağıntılar altından indiyədək 39 nəfər sağ olaraq çıxarılıb.

  S.Soylu ətraf mühit və şəhərsalma naziri Murat Kurum və səhiyyə naziri Fahrettin Koca ilə birlikdə zəlzələ bölgəsinə gedib və yerində araşdırmalar aparıb. Nazirlər zəlzələ ilə əlaqədar Elazığ Valiliyi koordinasiya mərkəzində təşkil edilən mətbuat konfransında çıxış ediblər. Onların söylədiyinə görə, zəlzələ bölgəsində 4 səhra xəstəxanası və 48 çadır quraşdırılır. 368 nəfərdən ibarət 184 qrupla dəyən ziyanın təsbit işləri icra edilir. İçməli su, tullantı, arıtma mərkəzləri və kanalizasiya ilə bağlı hər hansı bir infrastruktur problemi yoxdur.

  Təbii fəlakət bölgəsində axtarış-xilasetmə işləri davam edir.

  Xatırladaq ki, yanvarın 24-ü yerli vaxtla saat 20.55-də episentri Elazığ rayonunun Sivrice qəsəbəsində 6,8 bal gücündə zəlzələ baş verib. Bundan sonra 270-dən çox afterşok qeydə alınıb. Yeraltı təkanlar Malatya, Adana, Hatay, Osmaniyə, Tunceli, Qaziantep, Şanlıurfa, Mardin və bir sıra digər rayonlarda da hiss olunub.

  Azərbaycan prezidenti İlham Əliyev təbii fəlakətlə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib və Azərbaycanın qardaş ölkəyə hər cür yardım göstərməyə hazır olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr