Mövlud Çavuşoğlu Davosda ikitәrәfli görüşlәr keçirib

Mövlud  Çavuşoğlu İsveçrənin Davos şəhərində tәşkil edilәn  50-ci Dünya İqtisadi Forumu çərçivəsində ikitərəfli görüşlər keçirib.

1345322
Mövlud Çavuşoğlu Davosda ikitәrәfli görüşlәr keçirib
çavuşoğlu davos 2.jpg

 

Mövlud  Çavuşoğlu İsveçrənin Davos şəhərində tәşkil edilәn  50-ci Dünya İqtisadi Forumu çərçivəsində ikitərəfli görüşlər keçirib.

Çavuşoğlu  Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövneg Abdullayev ilə bir araya gәlib.

Nazir Çavuşoğlu  həmçinin İsveçrənin ədliyyə və imiqrasiya naziri Karin Keller-Sutter və Ruanda xarici işlər naziri Vinsent Biruta ilə ayrı-ayrılıqda görüşüb.

Görüşlərdə ikitərəfli və regional məsələlərin müzakirə olunduğu bildirilib.

Mövlud  Çavuşoğlu  İsveçrənin Davos şəhərində keçirilən 50-ci Dünya İqtisadi Forumunda Əlibaba qrupu və Mahindra qrupunun rəhbərləri ilə də bir araya gәlib.

Mәlumata görә, Mövlud Çavuşoğlu "Davamlı İnkişaf üçün Tərəfdaşlıq yığıncağı" da da iştirak edib.

Azərbaycan prezidenti İlham Əliyevin və Gürcüstanın baş naziri Giorgi Qaxariyanın da qatıldığı iclas mətbuata qapalı keçirilib.

Şәxsi internet sәhifәsindә yığıncaqla bağlı açıqlama verәn Mövlud Çavuşoğlu  21-ci әsrin Asiya üçün yüksәliş әsiri olduğunu söylәyib.

Mövlud Çavuşoğlu hәmçinin  Asiyanın yenidən cazibə mərkəzinə çevrildiyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr