İ.Kalın: “Liviyada atəşkəs Türkiyənin sayəsində gündəmə gəldi”

Türkiyə Prezident Aparatının mətbuat katibi İbrahim Kalın Liviyada toqquşan tərəflər arasında atəşkəsin gündəmə gəldiyini, bunun da Türkiyənin sayəsində olduğunu söyləyib.

1340987
İ.Kalın: “Liviyada atəşkəs Türkiyənin sayəsində gündəmə gəldi”

Türkiyə Prezident Aparatının mətbuat katibi İbrahim Kalın Liviyada toqquşan tərəflər arasında atəşkəsin gündəmə gəldiyini, bunun da Türkiyənin sayəsində olduğunu söyləyib.

Mərkəzi qərargahı ABŞ-da olan “CNN İnternational” telekanalında proqramda iştirak edən kalın Liviyadakı vəziyyəti qiymətləndirib.

İbrahim Kalın Türkiyənin Liviya ilə keçmişə əsaslanan əlaqələrinin olduğunu, Şimali Afrikada siyasi sabitliyə əhəmiyyət verdiyini vurğulayaraq deyib:

“Beynəlxalq ictimaiyyət zorakılığa son qoyulması üçün bir araya gəlməlidir. Türkiyə bunun üçün ciddi səy göstərir. Bu çərçivədə baş nazir Faiz əs-Sərracın başçılığındakı BMT nəzdindəki legitimliyi olan Milli Həmrəylik Hökuməti ilə işləyir. Dalbadal müxtəlif razılaşmaları pozan Hafter tərəfi ölkədə davam edən bütün bu hərbi zorakılıqların günahkarıdır.”

Prezident Rəcəb Tayyib Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putinin yanvarın 8-də atəşkəs çağırışı etdiyini və Liviyada atəşkəsin başladığını xatırladan İbrahim Kalın bildirib ki, ancaq detallar barədə işləmək lazımdır. Hafter tərəfi atəşkəsin xüsusi şərtlərini gözdən keçirmək üçün əlavə müddət istəyib.

BMT-nin Liviya üzrə xüsusi nümayəndəsi Qassan Salamenin xüsusi cəhdlərinin müsbət qarşılandığnı, ayrıca Berlin prosesinə dəstək verildiyini ifadə edən Kalın Türkiyənin 19 yanvarda Berlində keçiriləcək Liviya zirvəsi ərəfəsində atəşkəs təmin edilməsi üçün göstərdiyi cəhdlərinin gündəmə və toqquşmaya son qoyulmasına töhfəsinin olacağını qeyd edib.



Әlaqәli Xәbәrlәr