Çavuşoğlu Abdulaziz Cerradı təbrik etdi

Xarici işlər naziri Mevlüt Çavuşoğlu Əlcəzairin Baş naziri Abdulaziz Cerrad ilə görüşdü. Onun yeni  hökumətin  qurulması  münasibətiylə  təbrik etdi.(YENİLƏNİB)

1336268
Çavuşoğlu Abdulaziz Cerradı təbrik etdi
Cavusoglu-Sabri Boukadoum1.jpg
Cavusoglu-Sabri Boukadoum.jpg

Nazir Çavuşoğlu Əlcəzairə rəsmi səfəri çərçivəsində Baş nazir Cerrad tərəfindən qəbul edildikdən sonra bu ölkənin Xarici işlər naziri Sabri Bukadum ilə görüşdü. Daha çonra çox tərəfli danışıqlar baş tutdu.

Türkiyə-Əlcəzair arasındakı əməkdaşlığa toxunan Çavuşoğlu iqtisadiyyat daxil olmaqla bir çox sahədə ikitərəfli münasibətləri inkişaf etdirməyin vaxtının gəlib çatdığını qeyd etdi. Regional məsələlərdə əməkdaşlığın əhəmiyşyətinə diqqət çəkən nazir hər iki ölkəni maraqlandıran proseslərin cərəyan etdiyini, sülh və sabitliyin bərpasının əməkdaşlıqla mümkün olabiləcəyini vurğuladı.

Digər tərəfdən Çavuşoğlu Əlcəzair prezidenti Əbdüməcid Tebbun tərəfindən də qəbul edilib.

Çavuşoğlunu qəbul etməkdən məmnunluğunu dilə gətirən Tebbun "Dostumuz Türkiyənin böyük dövlət olduğunu bilirəm. Türkiyə-Əlcəzair arasındakı əlaqələr çox səmimidir" ifadələrini işlədib. 

Çavuşoğlu isə Əlcəzair ilə Liviya böhranı başda olmaqla, birgə maraqlar əsasında əməkdaşlıq ediləcəyini bildirib. 

Nazir Çavuşoğlu ayrıca,Əlcəzair prezidenti tərəfindən qəbulundan sonra "twitter" səhifəsində yazıb:

"Cənab Tebbuna prezident Ərdoğanın salamlarını çatdırdım.Ölkələrimiz arasındakı əməkdaşlığı Strateji Şura səviyyəsinə çıxaracağıq. Başda Liviya məsələsi olmaqla, regional mövzularda birgə maraqlarımız əsasında əməkdaşlıq edəcəyik." 



Әlaqәli Xәbәrlәr