S.Soylu: "Türkiyə 250 minə yaxın qaçqın hərəkətilə qarşı-qarşıyadır"

Daxili işlər naziri Süleyman Soylu Suriyanın İdlib bölgəsindəki toqquşmalar səbəbindən Türkiyənin təqribən 250 min nəfərlik bir qaçqın hərəkətilə qarşı-qarşıya olduğunu bildirib.

1333934

Hatay şəhərində bəyanat verən nazir Soylu deyib:

“İdlibdə baş verən toqquşmalar səbəbindən xüsusilə cənub sərhədlərimiz istiqamətində dinc vətəndaşların fəallığı var. Təqribən 250 min nəfərlik hərəkətlə qarşı-qarşıyayıq. Bunu daha əvvəl nəzərdə tutmuşduq və bir müddətdir də təqib edirik. Bu insanları harada qarşılayacağımıza və necə bir humanitar tədbir görəcəyəmizə dair bir sıra planlarımız var” ifadələrini işlədib.

Soylu “Nə İdlibdə nə də cənub sərhədimizin digər bölgələrində hazırlıqsız olduğumuz hər hansı vəziyyət yoxdur” deyə bildirib.

Әlaqәli Xәbәrlәr