Antalyaya gələn turist sayında bütün zamanların rekordu qırıldı

Antalya şəhərinə hava, dəniz və qurudan gələn 15 milyon 644 min 108 turist ilə bütün zamanların rekordu qırıldı.

1333670
Antalyaya gələn turist sayında bütün zamanların rekordu qırıldı

Antalya şəhərinə hava, dəniz və qurudan gələn 15 milyon 644 min 108 turist ilə bütün zamanların rekordu qırıldı.

Vali Münir Karaloğlu sosial şəbəkə hesabından yaydığı məlumatda Antalya turizminin 2019-cu ildə önəmli səviyyədə böyümə qeyd etdiyini bildirib.

Bu qələbədə əməyi olan hər kəsi təbrik edən Karaloğlu “Antalya və Qazipaşa hava limanları ilə yanaşı quru və dəniz yolu ilə 2019-cu ildə 15 milyon 644 min 108 turist şəhərə gəldi. Antalya turizmi 2020-ci ildə də inkişaf etməkdə davam edəcək” ifadəsini işlədib.

Şəhərin indiyədək çatdığı ən yüksək turist rəqəmi 13 milyon 642 mn ilə 2018-ci ildə qeydə alınmışdı.



Әlaqәli Xәbәrlәr