Türkiyə “Eastmed” razılaşmasına reaksiya göstərdi

Türkiyə Cənubi Kıbrıs (Kipr) Rum İdarəçiliyi, Yunanıstan və İsrail arasında imzalanan “Eastmed” (Şərqi Aralıq dənizi qaz boru kəməri xətti) layihəsinə dair razılaşmaya reaksiya göstərdi.

1333971
Türkiyə “Eastmed” razılaşmasına reaksiya göstərdi

Türkiyə Cənubi Kıbrıs (Kipr) Rum İdarəçiliyi, Yunanıstan və İsrail arasında imzalanan “Eastmed” (Şərqi Aralıq dənizi qaz boru kəməri xətti) layihəsinə dair razılaşmaya reaksiya göstərdi.

Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy mövzuya dair bir suala verdiyi cavabda deyib:

“Həmin razılaşmanın imzalanması bölgədə Türkiyəni və Şimali Kıbrıs Türk Cümhuriyyətini xaricdə buraxmaq üçün atılan boş addımların yeni bir nümunəsidir. Şərqi Aralıq dənizində ən uzun sahil zolağına sahib olan Türkiyəni və Kıbrıs adasının təbii sərvətləri üzərində bərabər haqlara sahib olan Kıbrıs Türklərini yok hesab edən heç bir layihə uğurlu olmayacaqdır. Bu mövzunu bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırıq.”

Şərqi Aralıq dənizindəki təbii sərvətlərin dəyərləndirilməsində və Türkiyə daxil Avropadakı istehlak bazarlarına çatdırılmasında ən sərfəli və təhlükəsiz marşrutun Türkiyə olduğunu ifadə edən Aksoy “Buna baxmayaraq həm bizə, həm Kıbrıs Türklərinə əməkdaşlıq qapılarının bağladılması əslində bəzi ölkələrin əməkdaşlıq əvəzinə nəticəsiz siyasi hesablar dalınca getdiyinin göstəricisidir. Belə çirkli hesabların keçmişdə olduğu kimi gələcəkdə də nəticəsiz qalacağını layihə sahiblərinə xatırladırıq” deyib.

Şərqi Aralıq dənizindən çıxarılacaq qazın Kıbrıs üzərindən Yunanıstana, oradan da İtaliyaya çatdırılmasını hədəf alan “Eastmed” layihəsi Rum İdarəçiliyinin başçısı Nikos Anastasiadis, Yunanıstanın baş naziri Kiryakos Miçotakis və İsrailin baş naziri Binyamin Netanyahunun iştirak etdiyi mərasimdə yanvarın 2-də Afinada imzalanıb.



Әlaqәli Xәbәrlәr