"Türkiyəyə qarşı “quruya həbs” oyununu pozduq", F.Oqtay

Anadolu Agentliyinə (AA) açıqlamasında F.Oqtay deyib...

1333067
"Türkiyəyə qarşı “quruya həbs” oyununu pozduq", F.Oqtay

 

  Türkiyənin vitse-prezidenti Fuad Oqtay “Liviya ilə müqavilənin “quruya həbs” oyununu pozduğunu söylədi.

  Anadolu Agentliyinə (AA) açıqlamasında F.Oqtay deyib:

  “Prezident idarə sisteminin verdiyi hərəkətliliklə iqtisadi hücumların öhdəsindən tamamilə gəlinib.

  Suriyada bölücü terror təşkilatı YPG/PKK-nın işğal etdiyi bölgələrə “Sülh çeşməsi” hərəkatı terror koridoru yaratma planlarını pozdu.

  İqtisadiyyatda 2019-cu ildə bir tarazlıq və intizam təmin edildi və 2020-ci ildə yeni bir şahlanış dövrünə keçiləcək.

  "Liviyada, Qıbrızda nə işiniz var?" deyə soruşanlara səslənərək deyirəm: "Bizə qarşı oynanılan oyunları yıxmaq və pozmaq üzrə oradayıq.

  Liviya ilə olan razılaşma bizi quruya həbsetmə oyununu pozdu.

  Türkiyəsiz hər hansı bir planın bölgədə uğurlu olma şansı əsla və əsla yoxdur, kim olursa olsun”.



Әlaqәli Xәbәrlәr