THY-yə dörd uçuş xətti əlavə edildi

2019-cu ili 126 ölkənin 318 şəhərilə bağlayan Türkiyə Hava Yolları 2020-ci ildə də yeni nöqtələrlə uçuş şəbəkələrini genişləndirir.

1332950
THY-yə dörd uçuş xətti əlavə edildi

 

  Türkiyə Hava Yolları (THY) Ekvator Qinesinin Malobo, Yaponiyanın Haneda, ABŞ-ın Nevark (Newark) və Kanadanın Vankuveri (Vancouveri) xətlərini də uçuş şəbəkəsinə qatır.

  THY dünyanın ən çox ölkəsinə və ən çox xarici xətt nöqtəsinə uçan hava yoludur.

  2019-cu ili 126 ölkənin 318 şəhərilə bağlayan Türkiyə Hava Yolları 2020-ci ildə də yeni nöqtələrlə uçuş şəbəkələrini genişləndirir. Bu baxımdan Malabo, Haneda, Nevark və Vankuver nöqtələrinin uçuş şəbəkəsinə daxil edilməsi üçün bütün iş və müddətlər tamamlanıb. Osaka (Yaponiya) xətti isə 4 tezlik (frekans) olaraq 2020-ci ildə yenidən dövrəyə girəcək. Yaydan isə Sinqapur, Kuala Lumpur, Los Anceles və Vaşinqton DC üçün tezliklər artırılacaq.



Әlaqәli Xәbәrlәr