"10 ildə nələr etdik?" R.T.Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2020-ci ildən də çalışmağa, millətə xidmətçi olmağa davam edəcəklərini vurğuladı.

1332819
"10 ildə nələr etdik?" R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2020-ci ildən də çalışmağa, millətə xidmətçi olmağa davam edəcəklərini vurğuladı.

  Yeni il münasibətilə “twitter”dən paylaşma edən R.T.Ərdoğan 2020-ci ilin millətə və bütün bəşəriyyətə barış, əmin-amanlıq, sağlıq və rifah gətirməsini arzulayaraq: "Geridə buraxdığımız 2010-cu illərdə ölkəmizə qazandırdığımız əsərlərə yenilərini əlavə etmək üçün 2020-ci ildən də çalışmaya, millətimizə xidmətçi olmağa davam edəcəyik”, - yazıb.  

  Daha sonra Türkiyə başçısı "10 ildə nələr etdik?" başlığı altında bir qrafik paylaşıb. Burada son 10 il içində qurulan körpülər, havalimanları, yüksək sürətli qatar xəttləri və yaddaşlara həkk olunan bir sira binalar, o cümlədən yerli silah və müdafiə sistemlərinin istehsal və inventara giriş tarixləri yer alır.



Әlaqәli Xәbәrlәr