Hulusi Akar yeni il açıqlamasında bir çox mövzuya diqqət çəkdi

2020-ci ildə Aralıq dənizində Türkiyənin və Kiprli türklərin haqqını qorumaqda davam edəcəyik. Bunu Türkiyənin Müdafiə Naziri Hulusi Akar deyib.

1332310
Hulusi Akar yeni il açıqlamasında bir çox mövzuya diqqət çəkdi

Hulusi Akar Yeni il münasibətiylə yaydığı açıqlamada: “2019-cu ildə terrora qarşı mübarizədə aktiv vəzifə icra edildi. ‘Sülh Bulağı’ əməliyyatı Suriyanın ərazi bütövlüyünə hörmət çərçivəsində həyata keçirildi. Bölgəd sülh dəhlizi inşa edilərək Suriyalı miqrantların təhlükəsiz və könüllü olaraq evlərinə qayıdmalarına imkan yaradılması planlaşdırıldı. Türkiyə Şərqi Aralıq dənizidə haqqlarını qorumaqda davam edəcək. Liviya ilə imzalanan müqavilə ilə heç bir oldu-qurtardılara icazə verilməyəcək. Fetulahçı terror təşkilatına (FETO) qarşı mübarizəmiz davam edəcək.



Әlaqәli Xәbәrlәr