"Bu vəhşi cinayətin ört-basdır edilməyə çalışıldığını görürük", F.Altun

Türkiyə Prezident Aparatı Mətbuat Xidmətinin katibi Fəxrəddin Altun Səudiyyə Ərəbistanı jurnalisti Camal Xaşoqçı cinayətilə bağlı simvolik bir mühakimə edilməsinə çalışıldığına diqqət çəkdi.

1331912
"Bu vəhşi cinayətin ört-basdır edilməyə çalışıldığını görürük", F.Altun

 

  Türkiyə Prezident Aparatı Mətbuat Xidmətinin katibi Fəxrəddin Altun Səudiyyə Ərəbistanı jurnalisti Camal Xaşoqçı cinayətilə bağlı simvolik bir mühakimə edilməsinə çalışıldığına diqqət çəkdi.

  "Mikro Blog Platformu Medium"da Səudiyyə Ərəbistanında Xaşoqçi cinayətilə bağlı məhkəmə işinə dair çıxan qərara münasibət bildirən F.Altunrək yazdığı məqaləsində bunları qeyd edib:

  "Səudiyyə Ərəbistanı Baş Prokurorluğu keçən həftə rejim müxalifi, jurnalist Xaşoqçi cinayətilə bağlı 5 şübhəli haqqında edam qərarı verdi. Bundan başqa, 3 şübhəliyə 24 il həbs cəzası kəsilib.  

  Özünügöstərmə mühakimələrlə cinayətə dair qərar qəbul edən, İstanbula edam komandasını göndərən, adamın cəsədini yox edənlər buraxılıb. Mətbuat azadlığı və ifadə hürriyyəti heç sayılıb.

  Müddət simvolik bir mühakimə etməklə bağlanılmağa çalışılıb.

  Mətbuat azadlığından bəhs edən təşkilat və ölkələr Xaşoqçi cinayətinə səssiz qalmamalıdır.  

  Türkiyə ilk gündən Camal Xaşoqçi cinayətinin beynəlxalq məhkəməyə çıxarılmalı olduğunu təkid etmişdi. Amma bütün çağırışlarımıza həm Səudiyyə Ərəbistanı hökuməti, həm də Qərb ölkələri tərəfindən laqeyd yanaşıldı. Məhkəmə Səudiyyə Ərəbistanında oldu və bugünkü nöqtəyə gəldik.

  Türkiyənin bütün israr və səylərinə baxmayaraq, bu vəhşi cinayətin ört-basdır edilməyə çalışıldığını görürük.

  Xaşoqçi cinayəti qovluqlarının ortaya çıxarılmasında Türkiyə böyük rol oynayıb, məhkəmə prosesini yaxından təqib edib və dünya ictimaiyyətini də tez-tez məlumatlandırıb”.



Әlaqәli Xәbәrlәr