Moldova prezidenti Türkiyəyə gəlir

Türkiyə Prezident Aparatı Mətbuat Xidmətindən verilən məlumata görə...

1331345
Moldova prezidenti Türkiyəyə gəlir

 

  Moldova prezidenti İqor Dodon türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvətilə Türkiyəyə gəlir.

  Türkiyə Prezident Aparatı Mətbuat Xidmətindən verilən məlumata görə, Moldova prezidenti səfəri çərçivəsində - dekabrın 30-da Türkiyə-Moldova Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk yığıncağında iştirak edəcək. İclasda Türkiyə və Moldova arasındakı ikili əlaqələrin bütün ölçüləri nəzərdən keçiriləcək və əməkdaşlığın inkişaf etdirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq. Bunlarla yanbaşı, regional və beynəlxalq proseslərlə bağlı da fikir mübadiləsi aparılacaq.

  Moldova prezidentinin Türkiyəyə səfəri əsnasında bəzi razılaşmaların imzalanması nəzərdə tutulur.



Әlaqәli Xәbәrlәr