Axtarışda olan 1320 nəfər tutuldu

Türkiyədə həyata keçirilən əməliyyatlar nəticəsində axtarışda olan 1320 nəfər saxlanılıb.

1331333
Axtarışda olan 1320 nəfər tutuldu

 

  Türkiyədə Yeni il qabağı sabitliyin təmin edilməsi məqsədilə bütün şəhərlərdə aparılan əməliyyatlar nəticəsində axtarışda olan 1320 nəfər saxlanılıb.

  Ölkənin mühafizə xidmətlərinin 70 min 202 əməkdaşı və xüsusi hazırlıqlı 260 itin cəlb olunduğu əməliyyat çərçivəsində 5027 ünvanda eyni vaxtda yoxlamalar aparılıb. Əməliyyatlar zamanı 33 min 30 iş yeri yoxlanılıb, 767 min 266 nəfərin dindirilib.

  Bundan əlavə, əməliyyatların nəticəsində çoxlu sayda saxta içki, etil spirti, axtarışda olan 176 avtomobil ələ keçirilib.



Әlaqәli Xәbәrlәr