Türkiyə Məclisi təcili olaraq Liviya üçün toplanma qərarı verdi

Ədalət və İnkişaf Partiyası (AK Partiya) mərkəzindən verilən məlumata görə...

1331061
Türkiyə Məclisi təcili olaraq Liviya üçün toplanma qərarı verdi

 

  Türkiyə Böyük Millət Məclisində (TBMM) Liviya məsələsi önə çəkildi.

  Ədalət və İnkişaf Partiyası (AK Partiya) mərkəzindən verilən məlumata görə, Liviyaya əsgərgöndərmə məsələsi 30 dekabr bazar ertəsi günü Türkiyə Böyük Millət Məclisinə təqdim ediləcək. Müzakirələr isə 2 yanvar cümə axşamı günü yekunlaşacaq.

  Qeyd edək ki, TBMM büdcə qərarlarından sonra 7 yanvara qədər fəaliyyətinə fasilə vermişdi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Liviyaya əsgərgöndərmə məsələsini açınca Məclis yenidən toplanmağa və ilk olaraq gündəmdə Liviyanın Türkiyədən rəsmi olaraq hərbi dəstək istəməsi və bölgədə gedən proseslərin müzakirəsi üçün qərar verdi.



Әlaqәli Xәbәrlәr