‘‘Kıran-11’’ әmәliyyatına start verilib

Türkiyәnin Diyәrbәkir şәhәrinin Licә qәsәbәsindә ‘‘Kıran-11’’ әmәliyyatına start verilib.

1327315
‘‘Kıran-11’’ әmәliyyatına start verilib

 

Türkiyәnin Diyәrbәkir şәhәrinin Licә qәsәbәsindә ‘‘Kıran-11’’ әmәliyyatına start verilib.

Türkiyәnin Daxili İşlәr Nazirliyinin mәlumatına görә, terrorçulara edilәn maliyyә dәstәyini aradan qaldırmaq üçün aparılan ‘‘Kıran-11’’ әmәliyyatı xalqın da dәstәyi ilә davam etdirilir.

Bu çәrçivәdә  Diyarbәkirin Licә qәsәbәsindә separatçı terror tәşkilatı üzvlәrinin mәhv edilmәsi vә terrorçulara edilәn maliyyә dәstәyini aradan qaldırmaq mәqsәdilә Diyarbәkir Jandarm Komandanlığı tәrәfindәn ‘‘Kıran-11’’ әmәliyyatına start verilib.

Әmәliyyatda 1260 hәrbi personalın iştirak etdiyi bildirilir.

Ölkә daxilindә terrorun mәhv edilmәsi ilә bağlı aparılan ‘‘Kıran’’ әmәliyyatlarının müvәffәqiyyәtlә davam etdirildiyi bildirilib.



Әlaqәli Xәbәrlәr