Prezident Rəcəb Tayyib Ərdoğan Malayziyadan ayrılıb

Prezident Rəcəb Tayyib Ərdoğan Malayziyadakı görüşlərindən sonra xüsusi təyyarə “TRK” ilə Türkiyə vaxtı ilə saat 16.30-da paytaxt Kuala Lumpurdan ayrıldı.

1326411

Ərdoğan Kuala Lumpur Beynəlxalq Hava Limanından Malayziyanın səhiyyə naziri Dzulkefly Ahmad və Türkiyənin Kuala Lumpur səfiri Merve Kavakcı tərəfindən yola salınıb.

Ərdoğan ilə həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, xəzinə və maliyyə naziri Berat Albayrak, daxili işlər naziri Süleyman Soylu, milli müdafiə naziri Hulusi Akar, sənaye və texnologiya naziri Mustafa Varank, Adalət və İnkişaf Partiyasının (AK) sədr əvəzi Cövdət Yılmaz, Türkiyә Prezident Aparatı Mәtbuat Xidmәtinin rәhbәri Fәxrәddin Altun və Prezident Aparatının sözçüsü İbrahim Kalın da Kuala Lumpurdan hərəkət edib.

Әlaqәli Xәbәrlәr