Prezident Ərdoğan "İsveçrəyə Köçün 50-ci illiyi” tədbirində çıxış etdi

"Xaricdə yaşayan qardaşlarımızın hər biri türk millətinin nümayəndəsidir və 82 milyon vətəndaşımızdan heç bir fərqi yoxdur", bunu Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan deyib.

1324490

  Qlobal Qaçqınlar Forumunda iştirak etmək üçün səfərdə olduğu İsveçrədə Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsi tərəfindən təşkil edilən "İsveçrəyə Köçün 50-ci illiyi” tədbirində çıxış edən R.T.Ərdoğan deyib:

  “İsveçrəyə köçən türklər 50 il ərzində böyük uğurlara imza atıblar. Biz qürur duyuruq. Əlbətdə, bu məqamlara asanlıqla çatılmayıb: 50 illik müvəffəqiyyətin arxasında böyük bir mübarizə əzmi var.

  Xaricdə yaşayan qardaşlarımızın hər biri türk millətinin nümayəndəsidir və 82 milyon vətəndaşımızdan heç bir fərqi yoxdur.

  Türklər daha Avropa ölkələrində əcnəbi, miqrant və ya başqası yox, sırf ev sahibidir. Siz əsrlər boyu məzlumlara qapılarını açaraq bütün bəşəriyyətə nümunə olan vicdanlı bir xalqın övladlarısınız. Yaşadığınız bu ölkələrdə mənsub olduğunuz xalqınız, diliniz, mədəniyyətiniz və bayrağınızla fəxr etməlisiniz”.

Әlaqәli Xәbәrlәr