Prezident Rəcəb Tayyib Ərdoğan İsveçrəyə səfər etdi

Prezident Rəcəb Tayyib Ərdoğan "1-ci Qlobal Qaçqınlar Forumu" nda iştirak etmək üçün İsveçrəyə səfər etdi.

1324148
Prezident Rəcəb Tayyib Ərdoğan İsveçrəyə səfər etdi

Prezident Rəcəb Tayyib Ərdoğan "1-ci Qlobal qaçqınlar forumu" nda iştirak etmək üçün İsveçrəyə səfər etdi.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) və İsveçrə 17-18 dekabr tarixlərində keçiriləcək foruma prezident Ərdoğan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Filippo Qrandinin dəvəti ilə bərabər hüquqlu sədr kimi iştirak edir.

Ərdoğan BMT-nin baş katibi Antonio Quterreşin də iştirak edəcəyi forumun açılış iclasında çıxış edəcək.

Tarixdə ilk dəfə qaçqınlar üçün keçiriləcək forumda müxtəlif ölkələrdən qaçqınlar, hökumət və dövlət başçıları, BMT rəhbərləri, beynəlxalq qurumlar, inkişaf təşkilatları, biznes liderləri, qeyri-hökumət təşkilatlarından nümayəndələr və humanitar təşkilatların nümayəndələrindən ibarət 2 mindən çox insan iştirak edəcək.

Prezident Ərdoğan Cenevrdə keçirəcəyi görüşlər çərçivəsində Prezident Aparatı tərəfindən "Həyat davam edir, İncəsənət davam edir" başlıqlı Türkiyədə yaşayan suriyalı sənətçilərin əsərlərindən təşkil tapan birgə rəsm və fotoşəkil sərgisinin açılışına da qatılacaq.

İstanbul Atatürk Hava limanından hərəkət edən prezidentə səfəri zamanı həyat yoldaşı Əmine Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, xəzinə və maliyyə naziri Berat Albayrak, daxili işlər naziri Süleyman Soylu, milli müdafiə naziri Hulusi Akar, sənaye və texnologiya naziri Mustafa Varank, ailə, əmək və sosial xidmətlər naziri Zehra Zümrüt Selçuk, Ədalət və İnkişaf (AK) Partiyanın sədr əvəzi Numan Kurtulmuş və AK Partiyanın sədr müavini Cövdət Yılmaz müşayiət edir.



Әlaqәli Xәbәrlәr