"ABŞ Türkiyəyə sanksiya tətbiq edərsə..." M.Çavuşoğlu

Qətərin paytaxtı Dohada XIX Doha Forumunda iştirak edən M.Çavuşoğlu moderator Ayman Mohildin (Ayman Mohyeldin) gündəmlə bağlı suallarını cavablandıraraq deyib...

1323408
"ABŞ Türkiyəyə sanksiya tətbiq edərsə..." M.Çavuşoğlu

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Amerika Birləşmiş Ştatları (ABŞ) Türkiyəyə qarşı sanksiya tətbiq edərsə, buna qarşılıq verəcəklərini söylədi.

  Qətərin paytaxtında XIX Doha Forumunda iştirak edən M.Çavuşoğlu moderator Ayman Mohildin (Ayman Mohyeldin) gündəmlə bağlı suallarını cavablandıraraq deyib:

  “Amerika Birləşmiş Ştatları Türkiyənin müttəfiqidir. ABŞ prezidenti Donald Trampla əlaqələr nisbi olaraq yaxşı gedir. Konqreslə əlaqədar hələ bəzi problemlərimiz var.

  ABŞ Türkiyənin Rusiyadan S-400 havadan müdafiə sisteminə qarşı çıxır. Türkiyənin buna ehtiyacı var. Amma ABŞ S-400-lərlə bağlı sanksiya tətbiqinə qalxır.

  Sanksiyalar və təhdid dili əsla işə yaramaz. Amerika bunu anlamalıdır. Lakin sanksiya tətbiq olunsa, Türkiyə buna cavab vermək məcburiyyətindədir."

  ABŞ Senatı 1915-ci illə bağlı erməni iddialarını tanıyan qərar qəbul etdi. Halbuki tarix haqqında məhdud məlumata malik siyasətçilər tarixə hökm edə bilməzlər. Senatın bu qərarı Türkiyəni Suriyanın şimalında reallaşdırdığı əməliyyatla bağlı xəyal qırıqlığı yaratdı və təbii ki, bu məsələdə ABŞ-dakı erməni və onları dəstəkləyən digər lobbilərdən dəstək alınıb.

  Türkiyə - Liviya arasındakı hərbi və dəniz donanması sahələrinə gəlincə, müqavilələrimizə əsasən, Liviya Türkiyədən əsgər tələb edərsə, bunu müzakirə edəcəyik”.



Әlaqәli Xәbәrlәr