Prezident Ərdoğan: “Liviya tələb edərsə bu ölkədə hərb qüvvə yerləşdirərik”

Liviya tələb edərsə bu ölkədə hərbi qüvvə yerləşdirərik. Prezident Rəcəb Tayyib Ərdoğan bu barədə məlumat yayıb.

1321085
Prezident Ərdoğan: “Liviya tələb edərsə bu ölkədə hərb qüvvə yerləşdirərik”

Ərdoğan, paytaxt Ankarada Bilkent Universitetinin Ümumdünya İnsan Hüquqları Günü münasibətiylə “Hər İnsan Bir Dünya” mövzulu tədbirində etdiyi çıxışında 27 Noyabrda Türkiyə ilə Liviya arasında Aralıq dənizində əməkdaşlıq edilməsinə dair imzalanan  razılaşmanı xatırladaraq: “Liviya bizdən hərbi qüvvə tələb edərsə buna biganə qalmarıq”.

 Avropada lider probleminin olduğuna diqqət çəkən prezident Ərdoğan, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin ilə əlaqələrinə münasibət bildirib. O: “ABŞ prezidenti Trampın Gizli gündəliyi yoxdur. O bildiyini olduğu kimi səsləndirir. Bu səbəblə onunla hər şeyi açıq danışıram. Preziden Putin ilə də eləcə. Qarşılıqlı çox konkret addımlar atırıq. Bu əməkdaşlıq çərçivəsində bölgədə sülhü bərpa edəcəyimizə inanıram. Suriyadan nə vaxt çıxacağımızı sual verirlər. Bunu hər kəs bilməlidir ki, bölgəni terrordan təmizləyənə qədər mübarizəmiz davam edəcək”.



Әlaqәli Xәbәrlәr