Fuad Oqtay Marqaritis Sçinası qәbul edib

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Avropa İttifaqı Komissiyasının vitse-prezidenti Marqaritis Sçinas vә Avropa İttifaqının daxili mәsәlәlәr üzrә komissarı Ylva Cohansonu qәbul edib.

1319100
Fuad Oqtay Marqaritis Sçinası qәbul edib
erdoğan.jpg

 

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Avropa İttifaqı Komissiyasının vitse-prezidenti Marqaritis Sçinas vә Avropa İttifaqının daxili mәsәlәlәr üzrә komissarı Ylva Cohansonu qәbul edib.

Digər tərəfdən Türkiyә prezidentinin kömәkçisi Fuad Oqtay Avropa İttifaqı Komissiyasının vitse-prezidenti Marqaritis Sçinasın rәhbәrlik etdiyi nümayәndә heyәtini qәbul edib.

Prezident İqamәtgahında baş tutan görüşdә Fuad Oqtay Sçinası yeni vәzifәsi münasibәtilә tәbrik edib.

Görüşfә  Türkiyə-Aİ əlaqələri, Suriyalı qaçqınlar, köç, terrorla mübarizədə əməkdaşlıq, Şərqi Aralıq dənizidəki proseslәr  әtrafında fikir mübadilәsi aparılıb.

Görüşdә Avropa İttifaqının daxili mәsәlәlәr üzrә komissarı Ylva Cohanson vә Avropa ittifaqının Türkiyә üzrә nümayәndә heyәtinin rәhbәri Kristian Berger dә iştirak ediblәr.

Bu arada Türkiyә Böyük Millәt Mәclisinin sәdr müavini Levent Gök dә Avropa İttifaqı Komissiyasının vitse-prezidenti Marqaritis Sçinas vә Avropa İttifaqının daxili mәsәlәlәr üzrә komissarı Ylva Cohansonun rәhbәrlik etdiyi nümayәndә heyәti ilә bir araya gәlib.

Türkiyәnin strateji әhәmiyyәtә malik bir ölkә olduğunu vurğulayan Gök deyib: "Türk xalqı və Türkiyədəki bütün siyasi partiyalar  Avropa İttifaqı ilə əlaqələrə əhəmiyyət verir''.

Türkiyәnin әhәmiyyәtli problemlәrlә üzlәşdiyini bildirәn Gök deyib: ‘‘Köç mәsәlәsi Türkiyənin ən əhəmiyyətli problemlәrindәn biridir. Türkiyə 4 milyondan çox qaçqına ev sahibliyi edir’’.

Avropa İttifaqı Komissiyasının vitse-prezidenti Marqaritis Sçinas isә öz növbәsindә ilk rәsmi sәfәrini Türkiyәyә etdiyini vә bunun tәsadüf olmadığını vurğulayıb. 

Sçinas qeyd edib ki, köç mәsәlәsindә  әmәkdaşlığın necә davam etdirilәcәyini qiymәtlәndirәcәklәrini deyib.

Avropa İttifaqının daxili mәsәlәlәr üzrә komissarı Ylva Cohanson  isә Türkiyə ilə bir  çox sahədə xüsusilə dә köç sahəsində sıx  əməkdaşlıq etdiklәrini ifadә edib.

"Türkiyə  4 milyon qaçqına ev sahibliyi etdiyi üçün həqiqətən təşəkkürü və təqdiri haqq edir. Aİ ilә Türkiyə arasında miqrantlar ilә bağlı әldә olunan razılaşma әsasında әmәkdaşlıq etmәyә davam edәcәyik’’,- deyә Ylva Cohanson bildirib.

Digər tərəfdən  Sçinas  Türkiyə Milli Agentliyinә dә baş çәkib.

Xarici işlər nazirinin müavini Faruk Kaymakçı və Sçinas  Türkiyə Milli Agentliyindә bir araya gəliblәr.



Әlaqәli Xәbәrlәr