Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla görüşüb

Mətbuata qapalı keçirilən görüş yarım saata yaxın davam edib.(YENİLƏNİB)

1317614
Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla görüşüb

Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla görüşüb.

Ərdoğan və Tramp İngiltərənin paytaxtı Londonda NATO-nun liderlər sammitinin əsas iclasından sonra bir araya gəliblər.

Zirvə toplantısının keçirildiyi “The Grove” oteldə mətbuata qapalı keçirilən görüş yarım saata yaxın davam edib.  

Görüşdə xarici işlər naziri Mövlud çavuşoğlu, xəzinə və maliyyə naziri Berat Albayrak, milli müdafiə naziri Hulusi Akar, Prezident Aparatının sözçüsü İbrahim Kalın və Ədalət və İnkişaf Partiyasının İzmir millət vəkili Binəli Yıldırım da iştirak edib.

Prezident Aparatı Mətbuat Xidmətinin rəhbəri Fəxrəddin Altun görüş haqqında şəxsi "twiteer" səhifəsində yer alan açıqlamasında " Prezidentimiz Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Tramp ilə NATO Zirvə Yığıncağı çərçivəsində xeyli səmərəli görüş keçirdi" ifadəsini işlədib.

Digər tərəfdən Ağ Ev Londondakı liderlər Zirvəsi çərçivəsində ABŞ prezidenti Trampla  prezident Ərdoğanın görüşündə ikili əlaqələrin və regional mövzuların müzakirə olunduğunu bildirib. 

Açıqlamada qeyd edilib ki, iki lider Türkiyənin ittifaq ilə əlaqədar vədlərini yerinə yetirməsi, ticarət həcmini 100 milyard dollara çıxarılaraq gücləndirilməsi, regional təhlükəsizlik təcrübələri və enerji təhlükəsizliyi mövzularını müzakirə etdi. 



Әlaqәli Xәbәrlәr