Hami Aksoy: "İki ölkə hüquqsuz görülən işlərə icazə verməyəcəyini ortaya qoydu"

Türkiyə Liviya ilə dəniz səhaliyyət sahələri mövzusunda imzalanan müqavilə sənədinin iki ölkənin hüquqsuz şəkildə görülən işlərə icazə verməyəcəyini açıq şəkildə ortaya qoyduğunu bildirdi.

1315649

Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Türkiyə ilə Liviya arasında imzalanan “Dəniz səlahiyyət sahələrinin məhdud edilməsinə dair anlaşma memorandumu” ilə əlaqədar Yunanıstan və Misirin açıqlamalarına dair suala yazılı cavab verdi.

Liviya ilə imzalanan anlaşma memorandumu ilə Türkiyənin Şərqi Aralıq dənizində səlahiyyət sahələrinin qərbindəki sərhədlərinin bir hissəsinin müəyyənləşdirildiyini qeyd edən Aksoy bunun beynəlxalq hüquqa uyğun imzalanmış bir razılaşma olduğunu söylədi.

Türkiyənin bu razılaşmanı imzalamadan tərəfləri hüquqa uyğunluq çərçivəsində bir razılaşma üçün görüşlərə dəvət etdiyini və hələ də görüş üçün hazır olduğunu bildirən Aksoy dedi:  

“Ancaq Türkiyənin beynəlxalq hüquqa əsaslı bu yanaşma qarşısında görüşlərə başlamaq əvəzinə sadəcə təktərəfli addımlar ataraq Türkiyəni ittiham etməyə üstünlük verilmişdir. Liviya ilə imzalanan son razılaşma ilə iki ölkənin hüquqsuz şəkildə görülən işlərə icazə verməyəcəyi açıq- şəkildə ortaya qoyulmuşdur”.

Әlaqәli Xәbәrlәr