Türkiyə Qırmızı Aypara Cəmiyyəti təyin olunan yerlərə çadırlar qurdu

Zəlzələdən sonra hərəkətə keçən Türkiyə Qırmızı Aypara Cəmiyyəti bölgəyə 120 çadır, 2750 ədyal və 100 gigiyena çantaları göndərdi.

1315375
Türkiyə Qırmızı Aypara Cəmiyyəti təyin olunan yerlərə çadırlar qurdu

 

  Albaniyada 26 noyabrda meydana gələn 6,3 bal gücündəki zəlzələdə çox sayda ev yıxıldı və böyük dağıntılara məruz qaldı.

  Zəlzələdən sonra hərəkətə keçən Türkiyə Qırmızı Aypara Cəmiyyəti bölgəyə 120 çadır, 2750 ədyal və 100 gigiyena çantaları göndərdi. Ölkəyə çatan yardımlar ehtiyac sahiblərinə paylandı.

  Türkiyə Qırmızı Aypara işçiləri və Albaniya ordusu hərbçiləri Dıraça bağlı Bubq kəndi və Tiranın Vora qəsəbəsində zəlzələnin ziyan vurduğu yerlərdə yaralanan insanlar üçün təyin olunan yerlərə təcili çadırlar qurdu.

  Cəmiyyətin qrup sədri Anıl Kocabal zəlzələdən sonra Albaniyaya 2 böyük yük maşını ilə yardıma getdiklərini söyləyərək deyib: "Türkiyə Albaniya xalqının yanındadır. Bundan sonra yardım fəaliyyətlərimizi davam etdirəcəyik."



Әlaqәli Xәbәrlәr