TİKA Qəzzadakı ailələrə yardım etdi

Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) İsrailin Qəzza zolağında etdiyi son hücumlarda zərər görən fələstinli 1100 ailəyə yardım bağlaması payladı.

1314555
TİKA Qəzzadakı ailələrə yardım etdi

Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) İsrailin Qəzza zolağında etdiyi son hücumlarda zərər görən fələstinli 1100 ailəyə yardım bağlaması payladı.

Hücum nəticəsində evi dağılan Hammad Ebu Şəbab ailəsilə birlikdə artıq bir konteynerdə yaşamaq məcburiyyətində qaldıqlarını söyləyib.

Konteynerdə yaşamağın çox çətin olduğunu qeyd edən Şəbab “Türk millətinə və müsəlman ölkələrin nümayəndəsi prezident Rəcəb Tayyib Ərdoğana Fələstin xalqına verdikləri dəstəyə görə çox təşəkkür edirik” deyib.  

Qeyd edək ki, İsrail ordusunun 12 noyabrda Qəzzada İslami Cihad Hərəkatının hərbi qanadı Qüds Seriyyelerinin qabaqcıl  komandanlarından Baha Ebul Atanın yaşadığı evə etdiyi hücumdan sonra bölgədə vəziyyət gərginləşmişdi.

İsrailin Qəzzaya etdiyi hücumlarda  aralarında 8 uşaq və 3 qadınında yer aldığı 34 fələstinli həyatını itirmiş, 110 nəfər yaralanmışdı.



Әlaqәli Xәbәrlәr