"Makron ölkəsinin vəziyyətilə üzləşməlidir", Ö.Çelik

Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çelik Fransa prezidenti Emmanuel Makronun  özünün müstəmləkə maraqlarını qorumaq üçün hüquq əsaslarınə əməl etmədən Afrikanın hər yerində əməliyyat keçirən ölkəsinin vəziyyətilə üzləşməsinin lazım g

1314409
"Makron ölkəsinin vəziyyətilə üzləşməlidir", Ö.Çelik

Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çelik Fransa prezidenti Emmanuel Makronun  özünün müstəmləkə maraqlarını qorumaq üçün hüquq əsaslarınə əməl etmədən Afrikanın hər yerində əməliyyat keçirən ölkəsinin vəziyyətilə üzləşməsinin lazım gəldiyini söyləyib.

Çelik Makronun terror təşkilatı YPG/PKK-ya qarşı Suriyanın şimalında “Sülh çeşməsi” hərəkatı keçirən Türkiyənin NATO müttəfiqlərindən həmrəylik gözləməməsinin lazım olduğu ilə əlaqədar sözlərinə şəxsi “twitter” səhifəsində münasibət bildirərək yazıb ki, Makron Türkiyənin Suriyanın şimalında terror dövləti qurulmasına maneə törədən əməliyyatlarından ən çox narahat olan şəxsdir. Terror təşkilatının dırnaqarası rəhbərlərini ən çox qonaq edən şəxsd də Makronun özüdür.

Makronun məntiqli danışmadığını vurğulayan Çelik “Makronun Suriya haqqında söylədiklərinin hamısı Fransanın Suriyadakı müstəmləkə keçmişini parlaq cümlələrlə fəal saxlamaq istəməsindən ibarətdir. Buna görə işi terroru dəstəkləməyə qədər aparıb çıxara bilər. ‘“Sülh çəşməsi” əməliyyatını keçirən Türkiyə NATO-da kömək gözləyə bilməz' deyən Makrona deyilməsi lazım olan sözlər var. Fransanın NATO-ya verdiyi töhfənin nə olduğu ilə bağlı çox tənqid var. Amma Türkiyəsiz bir NATO olmayacağı mövzusunda hər kəs həmfikirdir" ifadəsini işlədib.

Ömər Çelik Fransanın müttəfiqlik ruhu əvəzinə müstəmləkçi mənfəətləri qorumaq mərkəzli hərəkət etdiyini söyləyib.

Çelik "Türkiyənin terrorla mübarizəsini tənqid edənlər Türkiyə üçün heç bir şey ifadə etmir. Terrorla mübarizəmizi tənqid edənlər Avropanın beyin ölümü üçün cəhd göstərənlərdir. Biz onlara daim demokratik dəyərləri qorumalı olduqlarını xatırlatacağıq" deyib.



Әlaqәli Xәbәrlәr