Mustafa Şentop Cibutidә sәfәrdәdir

Türkiyə Böyük Millət Məclisinin  sədri Mustafa Şentop 42-ci Afrika Parlamentarilәr Birliyinin Konfransına qatılmaq üçün Cibutiyә sәfәr edib.

1314227
Mustafa Şentop Cibutidә sәfәrdәdir

 

 

Türkiyə Böyük Millət Məclisinin  sədri Mustafa Şentop 42-ci Afrika Parlamentarilәr Birliyinin Konfransına qatılmaq üçün Cibutiyә sәfәr edib.

Cibuti Milli Mәclisinin sәdri Mәhәmmәd Әli Hәmmәd tәrәfindәn bu ölkәyә dәvәt edilәn Mustafa Şentop sәfәri çәrçivәsindә ilk olaraq Türkiyәnin Cibutidәki sәfirliyi tәrәfindәn verilәn ziyafәtә qatılıb.

Burada çıxış edәn Mustafa Şentop deyib: "Uzun illәrә  söykənən dostluq әlaqәlәrimiz var. Bundan əlavə  eyni dinin mənsubları olaraq qardaşlıq әlaqәlәrimiz mövcuddur. Eyni mədəniyyət və sivilizasiyanı yaşayan və mənimsəyən insanlar kimi yaxın əlaqələrimiz var".

Mustafa Şentop bildirib ki, Cibutidә özümüzü öz evimizdәki kimi hisse dirik. Tәyyarәdәn endiyim  andan etibarәn bunu hiss edirәm.

Daha sonra  Cibuti Milli Mәclisinin sәdri Hamed Mustafa Şentopun rәhbәrlik etdiyi nümayәndә heyәtinin şәrәfinә ziyafәt verib.

Mәlumata әsasәn, Mustafa Şentop Cibutiyә etdiyi sәfәr çәrçivәsindә bu ölkәnin dövlәt başçısı tәrәfindәn qәbul edilәcәk, Cibutili hәmkarı ilә bir araya gәlәcәk vә 42-ci Afrika Parlamentarilәr Birliyinin Konfransına qatılacaq mәclis sәdrlәri ilә görüşlәr keçirәcәk.

Mustafa Şentop noyabrın 29-da isә Türkiyәnin inşa etdiyi II Әbdülmәcid Xan  Mәscidinin açılış mәrasimindә iştirak edәcәk.

 



Әlaqәli Xәbәrlәr