İbrahim Kalın әhәmiyyәtli bәyanatlar verib

Türkiyә Prezident Aparatının sözçüsü İbrahim Kalın qarşıdakı hәftә İngiltәrәnin paytaxtı Londonda keçirilәcәk NOTO-nun liderlәr sәviyyәsindәki  zirvә görüşündә prezident Rәcәb Tayyib Әrdoğanın әhәmiyyәtli bәyanatlar verәcәyini deyib.

1313568
İbrahim Kalın әhәmiyyәtli bәyanatlar verib

 

Türkiyә Prezident Aparatının sözçüsü İbrahim Kalın qarşıdakı hәftә İngiltәrәnin paytaxtı Londonda keçirilәcәk NOTO-nun liderlәr sәviyyәsindәki  zirvә görüşündә prezident Rәcәb Tayyib Әrdoğanın әhәmiyyәtli bәyanatlar verәcәyini deyib.

İbrahim Kalın Almaniyanın paytaxtı Berlindә türkiyәli jurnalistlәrә qarşıdakı hәftә keçirilәcәk NATO-nun liderlәr sәviyyәsindәki zirvә görüşü, Suriyadakı son proseslәr, Avropa ittifaqı ilә münasibәtlәr, Kipr mәsәlәsi vә Liviya mәsәlәsindәki beynәlxalq sәylәr ilә әlaqәdar әhәmiyyәtli bәyanatlar verib.

NATO-nun liderlәr sәviyyәsindәki zirvә görüşünün  çox əhəmiyyətli olduğunu ifadə edən İbrahim Kalın deyib: ‘‘Prezidentimiz keçirilәcәk zirvә görüşündә әhәmiyyәtli bәyanatlar verәcәk. Xüsusilә NATO-nun 21-ci әsrdәki  mövqeyi, prioritetlәri vә üzәrinә düşәn öhdәliyi kimi mövzulara diqqәt yetirilәcәk’’.

İbrahim Kalın Avropanın  tәhlükәsiz  bölgә vә köç mәsәlәlәrini yaxından tәqib etdiyini vurğulayıb.

İbrahim Klın bildirib ki, sәrhәdimiz terror tәşkilatlarından tәmizlәndikdәn vә  xüsusilә ‘‘Sülh çeşmәsi’’ әmәliyyatından sonra  bәzi Qәrb ölkәlәrinin reaksiya verdiyini gördük. Burada kürdlәrә vә etnik qruplara qarşı deyil, terror tәşkilatlarına qarşı mübarizә apardığımızı tәrәfmüqabillәrimizә ifadә etdik vә ifadә etmәyә davam edәcәyik.

İbrahim Kalın  Suriyadakı siyasi prosesin irəliləməsinin böyük əhəmiyyət daşıdığını və Konstitusiya Komitəsi yaradıldıqdan sonra səylərin daha çox əhəmiyyət qazandığını vurğulayıb.

"Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2254 nömrәli  qətnaməsi çərçivəsində Konstitusiya Komitəsi ilә bağlı aparılan fәaliyyәtlәrdәn sonra  Suriyadakı siyasi prosesin irəliləməsi üçün seçkilərin keçirilmәsi  nəzərdə tutulur. Astana vә Cenevrәdә keçirilәn iclasların bu prosesә töhfә vermәsi üçün fәaliyyәtlәrimizi davam etdiririk’’,-deyә Türkiyә Prezident Aparatının sözçüsü vurğulayıb.

Digər tərəfdən İbrahim Kalın  terror təşkilatlarının hücumlarını davam etdirdiyini  vurğulayaraq qeyd edib ki, YPQ terror tәşkilatı Kamışlıda, Tel Abyadda, Rәsulaynda vә digәr bölgәlәrdә  hәm tәhlükәsizlik qüvvәlәrimizә, hәm dә mülki vәtәndaşlara qarşı hücumlarını davam etdirir. Buna qarşı mübarizәmizi qәtiyyәtlә  davam etdirәcәyik.

Türkiyә ilә Avropa İttifaqı arasındakı münasibәtlәrә dә toxunan İbrahim Kalın deyib: ‘‘Avropa İttifaqına tam hüquqqlu üzvlük xaricindәki alternativ yolları qәbul etmәmiz mümkün deyil. İmtiyazlı tәrәfdaşlıq mәsәlәsi dә gündәmә gәlmişdi, ancaq biz bunu qәbul etmәmişdik’’.

İbrahim Kalın Türkiyә ilә  Avropa İttifaqın arasındakı  әlaqәlәrin hәm iqtisadi әlaqәlәr, hәm  iqtisadi maraqlara әsaslanan әlaqәlәr olduğunu deyib vә bunun tәhlükәsizlik baxımından әhәmiyyәtli olduğunu bildirib.

İbrahim Kalın  həm NATO-ya üzv ölkələrin, həm də Aİ-na üzv dövlәtlәrin  Türkiyənin milli təhlükəsizlik qayğıları mövzusuna  daha həssas yanaşmalarının әhәmiyyәtini vurğulayıb.

Şimali Kipr Türk Cümhuriyyətindəki Türklər dә Türkiyә Prezident Aparatının sözçüsünün gündəmində olub. Yunan tәrәfinin mövqeyinә toxunan İbrahim Kalın  bildirib ki, Yunan  tərəfi  qeyri-konstruktiv mövqeyini davam  etdirir.

Almaniyanın paytaxtı Berlində keçirilmәsi nәzәrdә tutulan  Liviya Konfransının  hazırlıq mərhələsi üçün Berlinә  3-4 dəfə sәfәr etdiyini bildirәn İbrahim Kalın  bu çәrçivәdә keçirilәn görüşlәrdә irәlilәyişin әldә olunduğunu qeyd edib.

"Biz Liviyadakı problemin siyasi yolla hәll edilmәsinin  tərəfdarıyıq. Xüsusilə Hafter aprel ayından etibarәn davam etdirdiyi hücumlarını dayandırmalıdır’’,-deyә İbrahim Kalın vurğulayıb.

Almaniya kansleri  Angela Merkelin yanvar ayında Türkiyəyə edəcəyi səfər zamanı hansı mövzuların gündәmә gәlәcәyi ilә bağlı bir sualı cavablandıran İbrahim Kalın deyib: "Almaniya bizim üçün әhәmiyyәtli  bir ölkədir. Merkel ilə  ikitərəfli münasibətlər, ticarət əlaqələri, Aİ daxilindəki problemlər, miqrasiya problemləri, regional problemlər, Suriya, NATO və bir çox mövzunu  müzakirә edәcәyik’’.



Әlaqәli Xәbәrlәr